IMG-LOGO

Bakıdakı UFC turnirinin əsas döyüşündə Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək

05 May 2026 15:56 4 baxış
IMG

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.

Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

İdmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.

İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov (Rusiya) ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Michel Pereira (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Xəbər lenti