IMG-LOGO

Bakıda kişi telefonla çox oynayan arvadının qabırğasını qırdı

05 May 2026 17:25 3 baxış
IMG
0 0

Bakıda kişi arvadını döyərək ağır xəsarət yetirib.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

İttiham aktına görə, 38 yaşlı Müslüm Səfərov (ad və soyad şərtidir) telefondan çox istifadə etdiyi üçün arvadına irad bildirib. Bu zəmində tərəflər arasında mübahisə yaranıb və qadın ərinə kobud cavab qaytarıb. Bundan hiddətlənən Müslüm yumruq və təpik zərbələri ilə qadına zərbələr vurub. Nəticədə qadının qabırğası sınıb və o, bir sıra başqa xəsarətlər alıb.

Faktla bağlı zərərçəkənin şikayəti əsasında Müslüm Səfərov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxslər ifadələrində cinayət təqibinə xitam verilmələrini xahiş ediblər. Belə ki, Müslüm Səfərov əməlindən peşman olduğunu və vurduğu zərəri ödədiyini deyib. Zərərçəkən qadın da həmçinin əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib. Və M. Səfərov məsuliyyətdən azad edilib.

Hadisələr cinayət işləri məhkəmə işləri

Xəbər lenti