IMG-LOGO

Aeroport yolunda QƏZA: ölən var

05 May 2026 17:37 2 baxış
IMG
1 0

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Xəzər rayonu, Aeroport şosesində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib, qəza nəticəsində həyatını itirmiş sürücü, İmanov Mansur Güləxan oğlunun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisələr qəza

Xəbər lenti