IMG-LOGO

Zaqatalada minik avtomobili aşdı: xəsarət alan var

06 May 2026 13:31 2 baxış
IMG
2 2

Zaqatalada minik avtomobili aşıb.

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax rayon sakini Orxan Elxan oğlu Cəbiyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.  

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan O.Cəbiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov

Hadisələr

Xəbər lenti