Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında məlumat verilib. "Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edildi. Həmçinin Qəbələdə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində icrası ilə bağlı fikir mübadiləsi apardıq", - məlumatda deyilir.
https://twitter.com/presidentaz/status/2052061737545842943Prezident İlham Əliyev Zelenski