IMG-LOGO

Ostan Qulsbi: İrana qarşı müharibə Amerika iqtisadiyyatı üçün inflyasiya şokuna çevrilir

07 May 2026 02:50 4 baxış
IMG

ABŞ-ın İrana qarşı dəstəklədiyi müharibə getdikcə Amerika iqtisadiyyatı üçün inflyasiya şokuna çevrilir.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Çikaqo Federal Ehtiyat Bankının prezidenti Ostan Qulsbi Los-Ancelesdə keçirilən Milken İnstitutunun konfransında iştirakından sonra bildirib.

Onun sözlərinə görə, bu mərhələdə münaqişə hələlik əmək bazarına və ya iqtisadi artıma nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərmir. Lakin təchizat zəncirindəki fasilələr və davamlı qiymət artımı riski ilə bağlı narahatlıqlar artır.

"İndiyə qədər bu, həm əmək bazarının, həm də inflyasiyanın eyni vaxtda əziyyət çəkdiyi və Federal Ehtiyat Sistemini ən çox risk altında olan hədəfi seçməyə məcbur etdiyi staqflyasiya şokuna çevrilməyib. Hazırda bu, inflyasiya şokudur. Bu, nə qədər uzun davam edərsə, bir o qədər narahat oluram", - Qulsbi qeyd edib.

O, xüsusilə geosiyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik və onun qlobal bazarlara təsiri nəzərə alınmaqla, inflyasiya təzyiqinin davam etməsinin Federal Ehtiyat Sisteminin növbəti addımlarının qiymətləndirilməsini çətinləşdirə biləcəyini vurğulayıb.

Xəbər lenti