IMG-LOGO

Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil

07 May 2026 08:02 4 baxış
IMG

Avropa qanunvericiləri Avropa İttifaqı-ABŞ ticarət sazişinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliklə bağlı razılığa gəlməkdə irəliləyiş əldə ediblər, lakin sənəd hələ tam deyil.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange bildirib.

Onun sözlərinə görə, Aİ hökumət nümayəndələri ilə danışıqların ikinci mərhələsi layihənin bir sıra müddəaları üzrə fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edib. Xüsusilə, tərəflər təminat mexanizmi, eləcə də sazişin nəzərdən keçirilməsi və qiymətləndirilməsi ilə bağlı mövqelərini yaxınlaşdırıblar.

Avropa Parlamentinin açıqlamasında deyilir ki, danışıqların növbəti mərhələsi mayın 19-da Strasburqda keçiriləcək.

Xəbər lenti