IMG-LOGO

NBC News: Səudiyyə Ərəbistanı ABŞ-yə "Azadlıq Layihəsi"ndə kömək etməkdən imtina edib

07 May 2026 08:42 6 baxış
IMG

Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazından gəmilərin tranzitini təşkil etməyi hədəfləyən "Azadlıq Layihəsi" əməliyyatını dəstəkləməkdən imtina edib, çünki Vaşinqton bu təşəbbüs barədə krallığı əvvəlcədən xəbərdar etməyib.

"Report" xəbər verir ki, bu barədə "NBC News" Amerika administrasiyasının iki adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın "TruthSocial" sosial şəbəkəsində etdiyi əməliyyatla bağlı açıqlama Fars körfəzi ölkələrini təəccübləndirib və Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirib.

Buna cavab olaraq Ər-Riyad Vaşinqtona Amerika qoşunlarının Şahzadə Sultan hava bazasından qalxmasına icazə verməyəcəyini və onların hava məkanından istifadəsini qadağan edəcəyini bildirib.

"NBC News"un məlumatına görə, Trampın Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla sonrakı telefon danışığı vəziyyəti düzəltməyə kömək etməyib. Bundan sonra Amerika lideri əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.

Mayın 5-də Ağ Ev rəhbəri ABŞ-nin İranla razılaşma üzrə danışıqların uğurla başa çatdırıla biləcəyi və razılaşmanın bağlanacağı barədə məlumat alana qədər Hörmüz boğazından gəmilərin tranzitinin təşkili əməliyyatını dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Xəbər lenti