IMG-LOGO

Zaxarova: Azərbaycanın Avropa Parlamenti ilə bağlı qərarına təəccüblənmədik

07 May 2026 14:58 29 baxış
IMG

Rusiya Azərbaycanın Avropa Parlamenti ilə qarşılıqlı əlaqələri dayandırmaq qərarına təəccüblənməyib, çünki bu qurum digər ölkələrin daxili işlərinə müdaxilə edir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bu gün brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Avropa Parlamenti ilə hər cür təmasları kəsmək Bakının suveren qərarıdır, bu qərar təəccüb doğurmur. Azərbaycan bu strukturun ədəbsizliyi, hörmətsizliyi və suveren dövlətlərin daxili işlərinə birbaşa müdaxiləsi ilə üzləşən yeganə dövlət deyil", - Zaxarova bildirib.

Xatırladaq ki, 2026-cı il mayın 1-də Azərbaycanın Milli Məclisi Avropa Parlamenti və onun bir sıra strukturları ilə əməkdaşlığın dayandırıldığını bəyan edib.

Xəbər lenti