IMG-LOGO

Aliment ödəməyən 2700 nəfərin pasportu ləğv ediləcək

08 May 2026 06:22 55 baxış
IMG
0 0

ABŞ Dövlət Departamenti müəyyən məbləğdən artıq aliment borcu olan təxminən 2700 şəxsin pasportlarını ləğv edəcək.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Departamenti “Associated Press” (AP) agentliyinə məlumat verib.

8 may tarixindən etibarən 100.000 dollar və ya daha çox aliment borcu olanların pasportlarının ləğvi prosesi başlayacaq.

Məlumata görə, bu, təxminən 2700 ABŞ pasportu sahibinə təsir edəcək və borclarını ödəyənə qədər onların səyahət azadlığı məhdudlaşdırılacaq.

Dövlət Departamenti bildirib ki, borc məbləği sonda 2500 dollara endiriləcək və beləliklə, qərar aliment borcu olan daha çox valideynə təsir edəcək.

pasport aliment

Mənbə: lent.az

Xəbər lenti