IMG-LOGO

Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək

09 May 2026 00:53 29 baxış
IMG

Niderland hakimiyyəti "MV Hondius" gəmisinin göyərtəsində aşkarlanan hantavirusa kütləvi yoluxma səbəbindən sərnişinlər və heyət üzvləri üçün onlar ölkəyə qayıtdıqdan sonra altı həftəlik ev karantin rejimi tətbiq etməyi planlaşdırır.

"Report"un xəbərinə görə, bu barədə "NU.nl" portalı Niderlandın səhiyyə naziri Sofi Hermansın parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Söhbət laynerin Kanar adalarına gəlişindən sonra repatriasiya olunacaq on vətəndaşdan gedir.

Bununla belə, hakimiyyət orqanları hələ təcrid rejiminin tətbiqinin necə nəzarət olunacağını müəyyənləşdirməyiblər.

Xəbər lenti