IMG-LOGO

Pentaqon peyvənddən imtinaya görə tərxis olunmuş hərbçilərin bərpası üçün işçi qrup yaradacaq

09 May 2026 08:26 3 baxış
IMG

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyası dövründə COVID-19 peyvəndindən imtinaya görə tərxis olunmuş hərbi qulluqçuların məsələlərinin həlli üçün işçi qrupu yaradılacağını elan edib.

"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yayılmış videomüraciətdə bildirib.

P.Heqsetin sözlərinə görə, yeni qrup bərpa və pandemiya dövründə verilən qərarların nəticələri ilə məşğul olacaq.

O, qeyd edib ki, keçmiş hərbçilər orduya qayıtmaq niyyətində olmasalar belə, ABŞ Müdafiə Nazirliyi onlara ödənilməmiş bonusların həllində, tərxis olunma məlumatlarını nəzərdən keçirmələrində, müvafiq müavinətləri almalarında və şəxsi sənədlərindən mənfi qeydlərin silinməsində kömək edəcək.

Xəbər lenti