IMG-LOGO

Paşinyan: Azərbaycanla bərqərar edilmiş sülhü qorumaq bizim əsas məqsədimizdir

09 May 2026 09:50 6 baxış
IMG

Artıq iki ildir ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub və bugünkü vəzifəmiz onu möhkəmləndirməkdir.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə yazıb.

"Biz faşizm üzərində qələbənin 81-ci ildönümünü mürəkkəb beynəlxalq şəraitdə qeyd edirik. 9 may 2026-cı il tarixində Ermənistanla Azərbaycan arasında sülhü də qeyd edirik. Artıq iki ildir ki, toqquşmalar, itkilər və yaralılar yoxdur. Bu, ölkəmizin müstəqillik qazandığı andan bəri əldə edilmiş ilk çox mühüm nailiyyətdir", - o yazıb.

Paşinyan qeyd edib ki, bu gün vəzifəmiz əldə etdiyimiz sülhü lazımınca qorumaq, onu möhkəmləndirmək və hər gün daha etibarlı etməkdir:

"Bərqərar edilmiş sülh Ermənistan, onun tərəqqisi və inkişafı üçün tarixi fürsətdir".

Xəbər lenti