Almaniyanın paytaxtı Berlində keçirilən Paraüzgüçülük üzrə Dünya seriyasının növbəti mərhələsi keçirilir.
"Report" xəbər verir ki, yeniyetmə paralimpiyaçımız Əli Vəliyev S10 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda 1:03.42 nəticə ilə gənclər arasında bürünc medal qazanıb.