İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Joao Qomes "Atletiko"ya (İspaniya) keçməyə yaxındır.
"Report" "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, klublar arasında artıq danışıqlar aparılır.
Gözlənilir ki, 25 yaşlı braziliyalı oyunçunun transfer məbləği təxminən 45 milyon avro təşkil edəcək. Cari mövsümdə J.Qomes bütün turnirlərdə 39 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Vulverhempton" 2025-2026-cı illər mövsümünün yekunlarına əsasən İngiltərə Premyer Liqasını tərk edib.