IMG-LOGO

İsrail Livanın cənubundakı bir sıra kəndlərin sakinlərini evlərini tərk etməyə çağırıb

09 May 2026 12:59 3 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" qruplaşmasının obyektlərinə hava zərbələri fonunda Livanın cənubundakı doqquz kəndin sakinlərinin təxliyəsinə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.

"Hizbullah" təşkilatının atəşkəs sazişini pozması ilə əlaqədar İsrail Müdafiə Qüvvələri güc tətbiq etməyə məcbur olub və sizə zərər vurmaq niyyətində deyil", - IDF-in rəsmi nümayəndəsi Avixay Adrai bildirib.

Yaşayış məntəqələrinin sakinlərinə evlərini tərk edərək ən azı bir kilometr uzaqlaşmaq tapşırılıb.

Xəbər lenti