IMG-LOGO

Roland Hofer: "Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir"

09 May 2026 14:09 4 baxış
IMG

Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir.

"Report"un məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib.

O, yarışa son hazırlıqları dəyərləndirib:

"Çox xoşbəxtəm ki, yenidən qayıtmışıq və 2.1 kateqoriyasında yarış keçirəcəyik. 20 ölkədən 24 komanda yarışacaq. Komandalar 4 qitəni əhatə edir. Həm sağ velosibedlərin, həm də sürətli velosipedlərin mübarizəsini izləyəcəyik. Sprint yarışları keçiriləcək. Yarışın mərhələləri haqqında Sahib Ələkbərov tərəfindən məlumat verildi. Starta tam hazırıq. Startdan öncə komandaların təqdimatı olacaq".

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Xəbər lenti