IMG-LOGO

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

09 May 2026 16:53 5 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 35,17 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,1 % azdır.

Təkcə apreldə Türkiyə Azərbaycana 10,594 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,6 % azdır.

Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri 4 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azalaraq 2,462 milyard ABŞ dollarına, apreldə isə 13,2 % artaraq 703 milyon ABŞ dollarına enib.

Türkiyədən ən çox idxalı İraq 288 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 19,8 % az), ABŞ 118 milyon ABŞ dolları (-8,6 %) və Almaniya 102 milyon ABŞ dolları (-10,9 %) həyata keçirib.

Xəbər lenti