ABŞ-da təyyarə piyadanı vurub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə "Denver" beynəlxalq hava limanından qeydə alınıb. "Frontier Airlines"a məxsus təyyarə uçuş-enmə zolağında piyadanı vurub.
Hadisədən sonra salonda tüstü müşahidə edilib və pilotlar uçuşu dayandırıblar. Daha sonra ehtiyat tədbiri olaraq sərnişinlər təxliyə edilib.
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub və sərnişinlər terminala aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisələr təyyarə adam vurdu ABŞ