Bakı şəhərinin Rəşid Behbudov küçəsində mikromobillik zolağı təşkil edilir.
"Report" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, zolaq 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə kimi bir hissəni əhatə edir.
Növbəti mərhələdə isə Rəşid Behbudov küçəsi boyu zolaq uzadılacaq.