IMG-LOGO

Kürəkənini öldürən qayınana həbs olunmadı

09 May 2026 17:40 19 baxış
IMG
2 0

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda qızını silahla yaralayan kürəkənini sinəsindən bıçaqlayaraq öldürən 58 yaşlı Delal A. ev dustaqlığı qərarı ilə sərbəst buraxılıb. 

Lent.az yerli mediaya istinadən xəbər verir ki, barəsində uzaqlaşdırma qərarı olan 33 yaşlı Rüzgar Eser boşanma mərhələsində olduğu həyat yoldaşı 28 yaşlı Nurşin E.-nin yaşadığı evə gəlib. Tərəflər arasında yaranan mübahisə zamanı Rüzgar Eser həyat yoldaşını silahla yaralayıb, hadisə zamanı evdə olan baldızı 32 yaşlı Betül E. və qayınanası Delal A.-nı da döyməyə başlayıb. Mübahisə böyüdükdən sonra mətbəxdən bıçaq götürən Delal A. Rüzgar Eseri sinəsindən bıçaqlayaraq öldürüb.

Delal A. ifadəsində bildirib: “Həmin gün Batmandan İstanbula gəlmişdi. Evin qarşısına gəlib qapını döydü və danışmaq istədiyini dedi. Biz də inanıb qapını açdıq. Qızımla danışmağa başladıqdan təxminən 10 dəqiqə sonra yenə mübahisə yarandı. Birdən silahını çıxarıb atəş açmağa başladı. Mən də ona mane olmaq üçün mətbəxə qaçıb bıçaq götürdüm. Qızıma yenidən atəş açmaq istəyəndə aramızda dava oldu. Bu zaman əlimdəki bıçağı təsadüfi şəkildə yellədim. Mən müdaxilə etməsəydim, hamımızı öldürəcəkdi”.

Hadisələr kriminal kriminal xəbərlər qətl

Xəbər lenti