Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Asiya İnkişaf Bankının (ADB) Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd Yerlərinin İnkişafı Sektoru Ofisinin baş direktoru Qingfenq Zhanqla görüşüb və Azərbaycan ilə ADB arasında əməkdaşlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Artan iqlim və su ilə əlaqədar çağırışlara cavab tədbirləri çərçivəsində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, iqlimə davamlı kənd təsərrüfatı və regional əməkdaşlıq barədə fikir mübadiləsi apardıq", - o bildirib və əlavə edib ki, müzakirələr ADB ilə əməkdaşlığı daha da dərinləşdirmək imkanları ilə yanaşı, COP29-da qəbul edilmiş bəyannamə ilə fəaliyyətə başlayan "Buzlaqlardan Fermalara" (G2F) Regional Proqramı çərçivəsində potensial layihələrə yönəlib:
"Həmçinin qlobal iqlim gündəliyinin irəli aparılmasında və yerlərdə icra səylərinin dəstəklənməsində çoxtərəfli inkişaf banklarının güclü iştirakının davamlı əhəmiyyətini vurğuladıq".