İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah"ın silah anbarları və dron buraxılış məntəqəsinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Zərbələr Livanın cənubunda "Hizbullah"ın bir neçə silah anbarına və orada İsrailin mövqelərinə zərbə endirmək üçün istifadəsi planlaşdırılan pilotsuz uçuş aparatlarının (PUA) buraxılış meydançasına endirilib", - məlumatda qeyd olunur.
Bildirilib ki, əvvəlki zərbələr nəticəsində "Hizbullah"ın döyüşə hazır vəziyyətdə olan iki raket qurğusu da məhv edilib.
Məlumata görə, qurğulardan biri Livanın cənubundakı hərbçilərə hücum, digəri isə İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulub.