IMG-LOGO

Çexiyada Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

09 May 2026 22:27 3 baxış
IMG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Çexiyadakı səfirliyində diaspora fəallarının iştirakı ilə tədbir keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"10 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Çexiyadakı səfirliyində diaspora fəallarının iştirakı ilə tədbir keçirilib", - məlumatda bildirilib və əlavə olunub ki, tədbirdə Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi istiqamətində misilsiz fəaliyyəti vurğulanıb.

Xəbər lenti