IMG-LOGO

Veliçko Kaplanoviç: "Araz-Naxçıvan"la matçda xarakter göstərib qələbə qazandıq

09 May 2026 22:08 4 baxış
IMG

"Sumqayıt" Misli Premyer Liqasının XXXI turunda "Araz-Naxçıvan"la matçda (2:1) xarakter göstərərək qələbə qazanıb.

"Report" xəbər verir ki, bunu oyundan sonra komandanın məşqçisi Veliçko Kaplanoviç deyib.

Mütəxəssis "Araz-Naxçıvan"la matçla bağlı fikirlərini bildirib:

"Oyunçuları təbrik edirəm. Bütün güclərini qoydular. İkinci hissədə "Araz-Naxçıvan" yaxşı oynadı. Səhvdən sonra qol buraxdıq və bir balaca ruhdan düşdük. Ancaq xarakter göstərdik və qələbə qazandıq. Bu gün 3 gənc oyunçunu meydana buraxdıq".

O, rəqibin yüksək səviyyəli komanda olduğunu vurğulayıb: "Araz-Naxçıvan" kifayət qədər yüksək səviyyəli komandadır. Fərdi olaraq güclüdürlər. Ən böyük problem odur ki ardıcıl 2-3 ötürmə edə bilmirdik".

Xəbər lenti