IMG-LOGO

“Qalatasaray” ardıcıl dördüncü dəfə çempion oldu

09 May 2026 23:05 3 baxış
IMG
0 0

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun bütün matçları eyni vaxtda start götürüb.

Keçirilən oyunlardan sonra həm çempionun, həm də digər mükafatçıların adına aydınlıq gəlib.

“Qalatasaray” “Antalyaspor”la qarşılaşıb. Görüş “sarı-qırmızılılar”ın 4:2 hesablı qələbəsi ilə nəticələnib. Komanda bununla da, tarixində 26-cı dəfə Türkiyə çempionu olub.

“Fənərbaxça” səfərdə “Konyaspor”dan üstün olub - 3:0. “Sarı-lacivərdlilər” bu nəticə ilə növbəti dəfə ölkə ikincisi olub.

“Trabzonspor” isə “Beşiktaş”ı məğlub edib - 2:1. Qara Dəniz təmsilçisi bürünc medallara sahib çıxıb.

Türkiyə Super Liqası

XXXIII tur

“Qalatasaray” - “Antalyaspor” 4:2

“Beşiktaş” - “Trabzonspor” 1:2

“Konyaspor” - “Fənərbaxça” 0:3

“Alanyaspor” - “Kayserispor” 3.1

“Göztepe” - “Qaziantep” 1:1

“Kocaelispor” - “Karagümrük” 0:1

“Başakşehir” - “Samsunspor” 3:0

“Gençlerbirliyi” - “Kasımpaşa” 3:2

“Eyüpspor” - “Rizespor” 4:0

Qalatasaray

Xəbər lenti