IMG-LOGO

Rəşad Sadıqov: "Sabah"ın vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi"

13 May 2026 22:14 5 baxış
IMG

"Sabah" komandasının "Zirə" ilə matçda vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi.

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a qarşı Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Oyuna yaxşı başlamışdıq. Qoldan sonra 30-35 dəqiqə etibarlı müdafiə olunduq. Ardınca qapıçımız yaxşı seyvlə yadda qaldı. Təəssüf ki, rəqib sonra 2 qol vurdu. Əslində, ikinci hissəyə də yaxşı başlamışdıq. İkinci yarının əvvələrində rəqibə qol imkanı tanımırdıq. Lakin rəqib komanda fantastik qolla hesabı bərabərləşdirdi. Ardınca "Sabah" əks-hücum zamanı ikinci dəfə fərqlənməyi bacardı. "Sabah"ın vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi".

O, Premyer Liqada Konfrans Liqasına düşmək üçün mübarizəni davam etdirəcəklərini bildirib:

"Turnir cədvəlində dördüncü sıraya yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Əsas rəqibimiz "Neftçi" bizdən 3 xal öndədir. Çempionatın bitməsinə 2 tur qalıb. İnanırıq ki, sona qədər döyüşüb, bir üst pilləyə qalxa biləcəyik".

Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti