ABŞ Dövlət Departamenti Kubaya 100 milyon dollarlıq humanitar yardım göstərməyə hazır olduğunu açıqlayıb.
"Report"un məlumatına görə, Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, vəsait əhalini dəstəkləmək üçün istifadə olunacaq, Katolik Kilsəsi və digər humanitar təşkilatlarla əlaqələndirilmiş şəkildə paylanacaq.
Dövlət Departamentinin məlumatına görə, təşəbbüs ölkə əhalisinə birbaşa humanitar dəstək göstərməyi hədəfləyir.
Bununla yanaşı, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla əvvəllər Havananın bu cür yardımla bağlı heç bir rəsmi təklif almadığını bildirib və Vaşinqtonu etibarsız açıqlamalar verməkdə təqsirləndirib.