IMG-LOGO

"İnter" İtaliya Kubokunun qalibi olub

14 May 2026 02:23 5 baxış
IMG

"İnter" İtaliya Kubokunun finalında "Latsio"nu 2:0 hesabı ilə məğlub edərək, qalib olub.

"Report" xəbər verir ki, matç Romada baş tutub.

"Latsio"nun müdafiəçisi Adam Maruşiç 14-cü dəqiqədə avtoqol müəllifi olub, 35-ci dəqiqədə Lautaro Martines fərqlənib.

Bu, "İnter"in İtaliya Kuboku tarixində 10-cu tituludur. Lider "Yuventus"dur – komanda titulu 15 dəfə qazanıb.

Xəbər lenti