IMG-LOGO

Gitanas Nauseda: Litvanın hava məkanından hərbi məqsədlər üçün istifadə olunmayacaq

14 May 2026 03:17 3 baxış
IMG

Litva Prezidenti Gitanas Nauseda ölkənin hava məkanından digər dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadənin qəbuledilməz olduğunu bildirib.

"Report"un BNS-ə istinadən məlumatına görə, o, Litva ərazisinin üçüncü ölkələr tərəfindən bu məqsədlər üçün istifadə olunmadığını və olunmayacağını vurğulayıb.

G.Nausedanın sözlərinə görə, bu cür hərəkətlər suverenliyin və beynəlxalq hüququn pozulması hesab ediləcək.

O, həmçinin qeyd edib ki, Litvanın mövqeyi NATO üzrə müttəfiqlərə və müvafiq beynəlxalq proseslərin iştirakçılarına çatdırılıb.

Xəbər lenti