IMG-LOGO

Rubio Çini ABŞ-nin əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 05:07 3 baxış
IMG

ABŞ-nin dövlət katibi Marko Rubio Çinin Vaşinqtonun əsas geosiyasi rəqibi olduğunu bildirib.

"Report"un məlumatına görə, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bəli, geosiyasi baxımdan bu, bizim əsas çağırışımızdır, eyni zamanda (Çinlə-red) münasibətlərimiz üzərində işləmək vacibdir", - Rubio qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin maraqları Çinin maraqlarından fərqlənə bilər.

"Müharibələrdən qaçmaq, sülhü və sabitliyi qorumaq üçün bunu idarə etməliyik", - ABŞ dövlət katibi deyib.

Xəbər lenti