IMG-LOGO

Hindistanda güclü yağışlar və fırtına nəticəsində 27 nəfər ölüb

14 May 2026 06:49 2 baxış
IMG

Hindistanın Uttar Pradeş ştatında güclü yağış və fırtına nəticəsində 27 nəfər ölüb.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, ştatın bir çox bölgəsinə təsir edən güclü yağışlar, fırtına elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində problemlərə səbəb olub.

Əlverişsiz hava şəraiti elektrik dirəklərinin və ağacların aşması ilə nəticələnib, çoxlu sayda evə və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Səlahiyyətli orqanların rəsmilərinin ilkin qiymətləndirmələrə görə, güclü külək və toz fırtınaları səbəbindən Prayaqrajda 16, Bhadohidə 6 və Budaunda 5 nəfər ölüb.

Zərərin qiymətləndirilməsi və xilasetmə işləri davam etdirilir.

Xəbər lenti