Çin Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.
"Report"un Çinin Mərkəzi Televiziyasına istinadən məlumatına görə, iki lider Pekindəki Xalq Yığıncaqları Zalında ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməyə başlayıblar.
Daha əvvəl Si Cinpin və Tramp Tyananmen Meydanı yaxınlığındakı Xalq Yığıncaqları Zalının Şərq Qapısında keçirilən qarşılanma mərasimində iştirak ediblər.
ABŞ Prezidentinin avtomobil karvanı Çanyansz küçəsi boyunca gəlib, sonra orada onu Çin Sədri qarşılayıb. İki lider əl sıxıb qısa salamlaşıblar.
Mərasim zamanı hərbi orkestr hər iki ölkənin dövlət himnlərini səsləndirib, bundan sonra liderlər fəxri qarovulun baxışında iştirak ediblər.