ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpin ilə danışıqların əvvəlində iki ölkə arasındakı münasibətlərdə bəzən çətinliklərin yarandığını, lakin onların qısa zamanda həll olunduğunu etiraf edib.
"Report"un məlumatına görə, o, bu açıqlamanı Pekindəki Böyük Xalq Zalında verib.
"Biz bir-birimizi uzun müddətdir tanıyırıq. Bizim fantastik münasibətlərimiz var idi. Biz yola gedirdik və çətinliklər yarandıqda onları həll edirdik", - Tramp deyib.
"İnsanlar bunu bilmir, amma problemimiz olanda onu çox tez həll edirdik", - o əlavə edib.