IMG-LOGO

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olundu

14 May 2026 10:18 4 baxış
IMG
1 0

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Prezidentin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

O, bu təyinata qədər  ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

təyinat ETSN Ağakərim Səmədzadə

Xəbər lenti