Hazırda Xətai Rayon Prokurorluğunun icraatında 10 cinayət işi var.
"Report" xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu il ərzində 12 cinayət işinin istintaqı başa çatdıraraq baxılması üçün adiyyəti üzrə məhkəmələrə göndərilib:
"Həmin işlərdən 4-ü qəsdən adam öldürmə, 3-ü mənimsəmə, digərləri isə müxtəlif cinayətlərlə bağlı olub".
Xətai rayon prokuroru həmçinin bildirib ki, hazırda prokurorluğun icraatında qəsdən adam öldürmə, xüsusilə külli miqdarda mənimsəmə, hərbi xidmətdən yayınma və s. ilə bağlı işlər var.