IMG-LOGO

Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb

14 May 2026 10:53 2 baxış
IMG

Hindistanın Uttar-Pradeş ştatında baş verən güclü fırtına nəticəsində 90 nəfərə yaxın insan ölüb, 53 nəfər yaralanıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və yardım idarəsi məlumat yayıb.

"Mayın 13-də əlverişsiz hava şəraiti 89 nəfərin ölümünə səbəb olub", - Uttar-Pradeş ştatının yardım üzrə müvəkkili "X"dəki paylaşımında bildirib.

Eyni zamanda bildirilib ki, fırtına, leysan və ildırım vurması nəticəsində 53 nəfər xəsarət alıb, 87 evə ziyan dəyib.

Xəbər lenti