IMG-LOGO

Məşhur milyonçu aktyor rahib oldu

14 May 2026 12:25 2 baxış
IMG
1 0

Keçmiş aktyor, model, müğənni və sahibkar olan "e.l.f. Cosmetics" şirkətinin həmtəsisçisi Skott-Vinsent Borba sərvətindən imtina edərək, keşiş olmağa qərar verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Borbanın həyatı qatıldığı bir məclisdə yaşadığı mənəvi dönüşdən sonra dəyişib.

Daxilindəki boşluq hissinin getdikcə artdığını deyən keçmiş kosmetika maqnatı həmin anda dua etməyə başladığını və “həyatına böyük sevgi və mərhəmət selinin axdığını” hiss etdiyini bildirib:

“Rəbbimizdən məni yaratdığı insan olmağım üçün kömək etməsini istədim. Həmin anda həyatımın böyük bir sevgi və mərhəmət seli ilə dolduğunu hiss etdim. Bu çox mistik bir təcrübə idi”.

Bu təcrübədən sonra o, milyonlarla dollarlıq sərvətini bağışlayıb, lüks həyatını tərk edib və dini seminariyaya daxil olub.

Hazırda St. Patrick Seminarynda sadə bir otaqda yaşayan Borba deyir: “Həyatımda heç vaxt bu qədər xoşbəxt olmamışdım”.

52 yaşlı Skott-Vinsent Borbanın mayın 23-də Fresno Diocese tərəfindən rəsmi olaraq keşiş təyin ediləcəyi gözlənilir.

milyonçu rahib oldu

Xəbər lenti