Ceki Çan "Allahın zirehi IV: Ultimatum" filmini Qazaxıstanda çəkəcək. Bu da ulduzun Mərkəzi Asiya regionundakı ilk layihəsidir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Robert Kunun rejissorluğu və "Salem Entertainment"in prodüserliyi ilə ərsəyə gələcək filmin çəkilişlərinə iyul ayında başlanılması və 2027-ci ilin ikinci rübündə dünya miqyasında nümayiş olunması planlaşdırılır. Prodüserlər Esmond Ren və İqor Tsayın da yer aldığı layihə, Qazaxıstanla bağlı media layihələrini dəstəkləyən "Alem Fund" tərəfindən maliyyələşdirilir.
Film Ceki Çanın canlandırdığı "Asiya qırğısı" personajının hekayəsini davam etdirir. Bu dəfə o, 20 milyon dollardan çox mükafatı olan "Tumar" adlı qədim artefaktın qlobal axtarışına qoşulur. Çəkilişlər Qazaxıstanla yanaşı Azərbaycanda da baş tutacaq.
Ceki Çan bu layihənin qazaxıstanlı tərəfdaşlarla ilk işi olduğunu, lakin bunun son olmayacağını və tezliklə daha çox yenilik edəcəklərini bildirib. O qeyd edib ki, əvvəllər orada heç vaxt çəkiliş etməməsi izləyicilərə təqdim edə biləcəkləri bir çox yeni vizual və yaradıcı ideyalar açır.
Fransız 1986-cı ildə "Allahın zirehi" filmi ilə başlayıb, 1991-ci ildə "Kondor əməliyyatı" və 2012-ci ildə "Bürclər" ilə davam edib. Bütün filmlər "Asiya qırğısı"nın dünya səyahətlərindən bəhs edir.
Rejissor Robert Kun "Wanted" və "Major Grom" kimi 40-dan çox filmdə təcrübəyə malikdir. Prodüser İqor Tsay isə bu hadisəni əfsanəvi Ceki Çanın baş rolda oynadığı bir franşizaya ev sahibliyi etdiyi üçün Mərkəzi Asiya kinosu və regionun kreativ sənayesinin inkişafı baxımından tarixi bir an kimi qiymətləndirib.
Ceki Çan maqazin Ceki Çan Azərbaycana gəlir