IMG-LOGO

Bir sıra qəsəbələrin meyvə bağlarında monitorinqlər keçirilib

14 May 2026 16:59 3 baxış
IMG

Zirə, Hövsan, Binə və Maştağa qəsəbələrində yerləşən pomidor və müxtəlif meyvələr yetişdirilən istixanalarda, eləcə də meyvə bağlarında monitorinqlər həyata keçirilib.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər çərçivəsində bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı, həmçinin fitosanitar vəziyyət yerində qiymətləndirilib, mövcud risklər təhlil olunub.

Eyni zamanda məhsuldarlığın artırılması, keyfiyyətli məhsul istehsalının təmin edilməsi, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının vaxtında alınması məqsədilə görülməli fitosanitar tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrdən düzgün və təhlükəsiz istifadə qaydaları da diqqətə çatdırılıb.

Xəbər lenti