IMG-LOGO

Biləsuvarda növbəti əmək yarmarkası keçirilib

14 May 2026 17:53 2 baxış
IMG

Biləsuvar rayonunda növbəti əmək yarmarkası baş tutub.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilib.

Yarmarkada işsiz və işaxtaran şəxslərə 100 vakansiya təqdim olunub.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib.

Uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Xəbər lenti