IMG-LOGO

“Barselona”nın əsas hücumçusu maaşa görə klubdan ayrılır

14 May 2026 18:27 2 baxış
IMG
0 0

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə yaxındır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 37 yaşlı futbolçu artıq Səudiyyə Ərəbistanı çempionatının aparıcı klublarından birindən rəsmi təklif alıb.

Məlumata əsasən, polyak hücumçunun “Əl-Hilal”ın təklifini qəbul etməsi ehtimalı yüksəkdir. Klub ona mövsüm üçün 90 milyon avro maaş təklif edir ki, bu da onun yaşındakı futbolçular üçün olduqca nadir göstəricidir.

Ekspertlərin fikrincə, Levandovskinin Səudiyyə Ərəbistanı çempionatına keçidi bir neçə baxımdan cəlbedicidir. “Əl-Hilal” həm maliyyə baxımından çox güclü klubdur, həm də burada o, dünya futbolunun tanınmış simaları ilə birlikdə çıxış edə bilər. Komandada Ruben Neves, Darvin Nunez və Kərim Benzema kimi futbolçular çıxış edir. Komandanın baş məşqçisi isə məşhur italiyalı mütəxəssis Simone İnzaqidir.

İdman xəbərləri

Xəbər lenti