IMG-LOGO

Bu ölkədə tarixin ən pis quraqlığı gözlənilir: yarım milyon uşaq aclıqla ÜZ-ÜZƏ

14 May 2026 18:14 2 baxış
IMG
0 0

Somalidə tarixin ən güclü quraqlığı baş verəcəyi proqnozlaşdırılır.

Lent.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Ekspertlər 2026-cı ili Somali tarixində quraqlıq baxımından ən ağır il adlandırırlar. 70 yaşlı Abdi Ahmed Farah bildirib ki, quraqlıq səbəbindən demək olar bütün keçilərini itirib: 680 heyvandan yalnız 110-u sağ qalıb. Onun ailəsi gündə cəmi bir dəfə şəkər və yağ qatılmış düyü ilə qidalanır, üç həftəlik körpə isə yalnız nadir hallarda ana südü içə bilir.

700 ailənin yaşadığı Usqure kəndində mağazalar bağlanıb, un kisəsinin qiyməti isə üçdəbir artaraq 40 dollara çatıb.

UNICEF proqnozlaşdırır ki, təxminən yarım milyon uşaq ağır kəskin qidalanma çatışmazlığı ilə üzləşə bilər. Bu göstərici 2011 və 2022-ci illərdəki quraqlıqlardan da yüksəkdir.

Somalidəki xəstəxanalarda müalicəvi süd ehtiyatı tükənib və tibb bacıları məcbur qalaraq inək südündən istifadə edirlər. KİV-lər cəmi 7,5 kiloqram çəkisi olan dörd yaşlı Farhia adlı qızdan da bəhs edir.

Çəki çatışmazlığı səbəbindən onun gözləri çöküb, sümükləri dərisinin altından görünür.

Somali quraqlıq Afrika aclıq

Xəbər lenti