IMG-LOGO

Paşinyanı “xain” adlandıran bloqerə cinayət işi açıldı

14 May 2026 21:15 2 baxış
IMG
0 0

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanı “xain” adlandıran bloqer Artak Avetisyan barəsində cinayət işi açıb və onun həbsi üçün məhkəməyə müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatına görə, Avetisyan mayın 12-də informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək nifrət, ayrı-seçkilik və düşmənçilik yaradan açıqlamalar verib.

Bildirilib ki, bloqer həmin fikirləri “Facebook” sosial şəbəkəsində yayımladığı videoda səsləndirib.

Komitənin açıqlamasında qeyd olunub ki, Avetisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə ittiham irəli sürülüb. Maddə ictimai şəkildə nifrətin, ayrı-seçkiliyin və düşmənçiliyin yayılmasına görə 3 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutur.

paşinyan bloger

Xəbər lenti