IMG-LOGO

Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI

14 May 2026 20:39 2 baxış
IMG
3 0

Böyük Britaniyada arxeoloqlar yaşı 8 min il olan insan skeletləri aşkar ediblər.

Lent.az xəbər verir ki, Nottinqhamşir bölgəsində yeni dairəvi yolun tikintisinə hazırlıq zamanı arxeoloqlar eramızdan əvvəl 6000-ci ilə aid artefaktlar tapıblar. Əsas tapıntılar arasında ilkin olaraq Dəmir dövrünə, Roma və ya anqlosakson dövrünə aid olduğu ehtimal edilən yeddi skelet, Roma dövrünə aid quyu və ehtimal ki, anqlosakson dövründən qalan iki yaşayış evi var. Qalıqların dəqiq yaşı laborator araşdırmalardan sonra müəyyən ediləcək.

Bundan əlavə, üzərində aydın naxışlar və şirə izləri olan təxminən 163 keramika məmulatı aşkarlanıb. Bu əşyaların Roma və Dəmir dövrünə aid olduğu bildirilir.

Arxeoloqlar həmçinin tarixdən əvvəlki dövrə aid çaxmaqdaşından hazırlanmış ox ucluqları və un üyütmək üçün istifadə edilən alətlər də tapıblar.

Layihə rəhbəri Naziya Şeyx arxeoloqların işini “möhtəşəm” adlandırıb və qeyd edib ki, onların əsas məqsədi bu inanılmaz tapıntıları gələcək nəsillər üçün qorumaqdır

elmi araşdırmalar arxeoloqlar skelet tarix

Xəbər lenti