"Real Madrid"in hücumçusu Kilian Mbappe və "PSJ"nin hücumçusu Usman Dembele Fransanın 2026-cı il Dünya Kuboku üçün heyətinə daxil ediliblər.
"Report" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa və PSJ-nin qapıçısı Lukas Şevalye heyətdə yer almayıblar.
Heyətə 26 futbolçu daxil edilib. Bunlar qapıçılar: Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Renn"), Roben Risser ("Lans"), müdafiəçilər: Luka Din ("Everton", İngiltərə), Malo Qyusto ("Çelsi", İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), İbrahima Konate ("Liverpul", İngiltərə), Jül Kunde ("Barselona", İspaniya), Vilyam Saliba ("Arsenal", İngiltərə), Dayo Upamekano ("Bavariya, Almaniya), Maksans Lakrua ("Kristal Pelas"), yarımmüdafiəçilər: Nqolo Kante ("Fənərbağça", Türkiyə), Manu Kone ("Roma", İtaliya), Maykl Olise ("Bavariya", Almaniya), Adrien Rabyo ("Milan", İtaliya), Orelyen Çuameni ("Real Madrid", İspaniya), Uorren Zair-Emeri (PSJ), hücumçular: Manes Akliuş ("Monako"), Bradli Barkolya (PSJ), Rayan Şerki ("Mançester Siti", İngiltərə), Jan-Filipp Mateta ("Kristal Pelas", İngiltərə), Kilian Mbappe ("Real Madrid", İspaniya), Markus Tyuram ("İnter", İtaliya).
Fransa milli komandası iki dəfə Dünya Kubokunu qazanıb (1998 və 2018). Son turnirdə komanda finalda Argentinaya penaltilərdə uduzaraq ikinci yeri tutub. Didye Deşam Fransa millisinin baş məşqçisidir.
Fransa millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Seneqal, İraq və Norveç komandaları ilə oynayacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.