Çin Hörmüz boğazından gəmilərin azad hərəkət etməsində maraqlıdır və Yaxın Şərqdə sülh istəyir.
"Report" xəbər verir ki, bu barədə Pekindəki Amerika nümayəndə heyətinin üzvü olan ABŞ ticarət nümayəndəsi Ceymison Qrir bildirib.
"Çin Hörmüz boğazının açıq, heç bir rüsumsuz və hərbi nəzarətsiz olmasını vacib hesab edir. Bu, görüşlərdən aydın oldu və biz bunu alqışlayırıq", - deyə o bildirib.
Ceymison Qrir Çinin İranla münasibətlərə yanaşmasını çox praqmatik adlandırıb: "Onlar regionda sülh istəyirlər. Prezident Donald Tramp regionda sülh istəyir. Əminik ki, onlar İrana hər hansı maddi dəstəyi məhdudlaşdırmaq üçün əllərindən gələni edəcəklər".