İngiltərənin "Çelsi" klubu hücumçusu Juan Pedronun "Barselona"ya (İspaniya) transferinə razılıq verməyib.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Barselona" braziliyalı futbolçu üçün "zadəganlar"a 70 milyon avro təklif edib.
Klub rəhbərliyi bu təklifə mənfi cavab verərək forvardı yayda satılmayacaq "toxunulmaz oyunçular" siyahısına daxil edib.
London klubu heyəti zəiflətmək yox, gücləndirmək niyyətində olduğu üçün danışıqlarda maraqlı deyil. J.Pedro cari mövsümdə bütün turnirlərdə 48 matçda iştirak edib, 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Transfermarkt" portalı 24 yaşlı hücumçunun dəyərini 75 milyon avro qiymətləndirir.