IMG-LOGO

Cəbrayıl Xanlarov: Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir

15 May 2026 11:59 2 baxış
IMG

Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir.

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, seysmik təhlükə və seysmik risk anlayışları ölkə hüdudları ilə məhdudlaşmadığından region ölkələri arasında qarşılıqlı informasiya mübadiləsinin təmin edilməsi vacibdir:

"Məqsədimiz yalnız bugünkü təhlükələri müəyyənləşdirmək deyil, gələcək risklərin azalmasını təmin etməkdir".

Nazir müavini vurğulayıb ki, şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi baş verə biləcək təbii fəlakətlərin qarşısının alınmasında əhəmiyyətlidir:

"Bu istiqamətdə hüquqi bazanın genişləndirilməsi, beynəlxalq standartların tətbiqi, seysmik dayanıqlılığın artırılması və elmi əsaslandırılmış qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır".

Xəbər lenti