AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə növbəti təlim təşkil olunacaq.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Təlimin əsas məqsədi UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək və onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək, həmçinin UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial mütəxəssisləri müəyyənləşdirməkdir.